Növbəti mövsümün hazırlıqlarını Türkiyədə davam etdirən "Xəzər Lənkəran" iki braziliyalı futbolçunun yolunu gözləyirdi. Futbolinfo.az xəbər verir ki, bunlar Fernando Qabriel və Tata idi.
 
Fernando Qabriel bu gün cənubluların Türkiyədəki düşərgəsinə qoşulub. Klub artıq sambaçı ilə 1,5 illik müqavilə imzalamağı düşünür. Qabrieldən fərqli olaraq, Tata "Xəzər Lənkəran"ın təklifindən imtina edib. Klubun mətbuat xidmətindən aldığımız məlumata görə, buna may ayından etibarən "ağ-yaşıllılar"ın maraq dairəsində olan futbolçunun klubu ilə yeni müqavilə imzalaması səbəb olub.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp