“Qəbələ” klubunun yeni transferi, rumıniyalı yarımmüdafiəçi Andrey Kristyanın futbolinfo.az saytına müsahibəsi
 
– “Qəbələ” sabah Avropa Liqası çərçivəsində “Şiroki Briyeq”lə qarşılaşacaq. Bu matçı komandanız üçün necə dəyərləndirirsiz?
– “Qəbələ” ilk dəfə Avropa Liqasında çıxış edəcək. Ona görə də bu oyun bizim üçün çox vacibdi.
 
– Sizcə, “Qəbələ” Avropa Liqasında ilk dəfə çıxış etməsinə baxmayaraq, digər Azərbaycan klublarında fərqli olaraq bu turnirdə nəsə edə biləcək?
– Bəli. Niyə də yox? Mən buna inanıram. Çünki bizim güclü komandamız var.
 
– “Şiroki Briyeq”lə oyunda hamı “Qəbələ”nin rəqibini favorit sayır. Bununla bağlı nə deyə bilərsiz?
– Ola bilər, amma biz gücümüzü oyunda göstərəcəyik və matçdan sonra öz sözümüzü deyəcəyik.
 
– Rəqibinizin kapitanı Vaqner Laqo ötən gün açıqlamasında dedi ki, meydanda “Qəbələ”yə şans verməyəcəyik…
– Biz sözümüzü meydanda deyəcəyik.
 
– “Qəbələ”nin Sloveniya toplanışı necə keçdi?
– Əla. Hər şey yaxşı oldu. Hər məşqdən məşqə daha da gücləndik. Komanda məşqlərdə var gücü ilə çalışırdı.
 
– Dorinel Muntyanudan öncə “Qəbələ”ni tanınmış mütəxəsiss Yuri Syomin çalışdırırdı. Muntyanunun Syominin yeri doldura bilməyəcəyini deyirlər…
– Bu mövzü ilə bağlı çox da danışmaq istəmirəm. Ümid edirəm ki, “Qəbələ” bu il uğurlu nəticələrlə yadda qalacaq.
 
– Sizcə, Muntyanu “Qəbələ”də iz buraxa biləcək?
– Bəli. Mən buna inanıram.
 
ELMAR VƏLİYEV
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp