İspaniyanın “Barselona” klubunun üzvü Kristian Telyo komandanı tərk edəcək. Futbolinfo.az xəbər verir ki, 22 yaşlı futbolçu karyerasını “Portu”da davam etdirməyə hazırlaşır.
 
Bir müddətdi tərəflər arasında danışıqlar gedirmiş və qarşıdakı həftə transfer rəsmiləşəcək. Telyo yeni klubuna azad agent kimi qoşulacaq.
 
Qeyd edək ki, ispan futbolçunun xidmətində “Liverpul”, Dortmund “Borussiya”sı, “Milan” və “Atletiko” da maraqlı idi. Lakin Telyo əsas heyətdə oynaya bilmək üçün “Portu”nu seçib.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp