"Əvvəla onu demək istəyirəm ki, yaxşı oyun keçəcək. Çalışacağıq ki, oyunda üstün tərəf biz olaq". Futbolinfo.az xəbər verir ki, bunu Moldova "Tiraspol”unun futbolçusu Georgi Boqyu Bakı “İnter”i ilə Avropa Liqasının birinci təsnifat mərhələsindəki ilk oyun öncəsi keçirilən mətbuat konfrasında deyib.
 
32 yaşlı hücumçu ilk matçda uğurlu nəticə qazanmaq istədiklərini bildirib: “İlk matçı evdə keçirəcəyik. Buna görə də, müsbət nəticə qazanmaq istəyirik".
 
Əvvəllər AZAL-da da çıxış etmiş Boqyu Azərbaycan Premyer Liqası ilə Moldova çempionatını da müqayisə edib: “Deməzdim ki, arada çox fərqlər var. Hər mövsüm fərqli komandalar olur. Onlar topla oynamağı və müdafiədə çıxış etməyi sevirlər. Bildiyimə görə, “İnter” də müdafiə oyununa üstünlük verir. Deməzdim ki, rəqibi tam olaraq tanıyıram, amma oyunlarını izləmişik”.
 
Qeyd edək ki, Georgi Boqyu 2011/12 mövsümündə Bakının AZAL klubunda çıxış edib.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp