“İnter” səviyyəli futbolçuları olan yaxşı komandadı”. Futbolinfo.az xəbər verir ki, bunu Moldovanın "Tiraspol" klubunun baş məşqçisi Vlad Qoyan Bakı “İnter”i ilə Avropa Liqasının birinci təsnifat mərhələsindəki oyun öncəsi deyib.
 
Təcrübəli mütəxəssis rəqibin əks-hücumlarından çəkindiyini gizlətməyib:  “Onlar yaxşı müdafiə olunurlar. Rəqib topa sahib olduqdan sonra sürətli əks-hücum təşkil edə bilir. Onlar topa nəzarət etməyi yaxşı bacarırlar. Biz ilk oyunda əlimizdən gələni edib, qol imkanlarımızı yaxşı dəyərləndirməliyik".
 
O, səbirli oyun nümayiş etdirəcəklərini bildirib: “Oyunda həmişə birinci qolu vurmaq üçün çalışırıq. Öz çərimə meydançamızı və sahəmizi yaxşı qorumalıyıq. Mən dəqiq deyə bilmərəm ki, rəqib ancaq müdafiə olunacaq. Amma onların sürətli hücum təşkil etmək iqtidarında olduqlarını yaxşı bilirəm. Təbii ki, bu, sona qədər davam etməyəcək. Bilirəm ki, komandam fiziki olaraq tam hazır deyil. Biz taktiki, texniki və psixoloji olaraq yaxşı hazırlaşmışıq. Evdə sərfəli nəticə əldə etmək üçün əlimizdən gələni edəcəyik. Onu deyə bilərəm ki, ilk oyunda səbrli və müdafiə olunaraq oynayıb, risk etməməliyik.
 
Futbolçularıma demişəm ki, qol buraxmaq olmaz. Əgər qol buraxsaq, Bakıda mütləq qol vurmağımız lazım gələcək”.
 
Qeyd edək ki, "Tiraspol" – "İnter" qarşılaşması sabah "Şerif" stadionunda keçiriləcək və saat 22:00-da start götürəcək.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp