"Qarabağ"ın Avstriyadakı təlim-məşq toplanışı çərçivəsində 5 yoxlama oyununa çıxacağını xəbər vermişdik. Futbolinfo.az xəbər verir ki, artıq 3 oyun baş tutub.
 
Donets "Şaxtyor"u (Ukrayna) və Rusiya "Krasnodar"ına müvafiq olaraq 0:2 və 0:1 hesabıyla uduzan Qurban Qurbanovun yetirmələri ötən gn Almaniyanın "Vakker Burqhauzen" komandasına 2:0 hesabıyla qalib gəldi.
 
"Qarabağ" növbəti rəqibi "Viktoriya" (Plzen, Çexiya) ilə ayın 4-də qarşılaşacaq. Oyun Azərbaycan vaxtıyla 20:00-da başlayacaq.

Ağdamlıların sonuncu rəqibi isə Almaniya təmsilçisi olacaq. İyulun 8-də komandamız "Sonnenhof Qrossaşpax" ilə qarşılaşacaq. Oyunun başlama saatı ölkəmizdə 21:00-a təsadüf edəcək. (klub saytı)

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp