Yeni mövsümün hazırlıqları üçün Sloveniya olan "Simurq" gündə iki dəfə olmaqla məşqləri davam etdirir. Futbolinfo.az xəbər verir ki, səhər hazırlıqlarında əsasən fiziki tapşırıqları yerinə yetirən Georgi Çixradzenin yetirmələri, axşam məşqlərində taktiki və texniki çalışmalarla məşğul olur.
 
Qapıçılar Pavel Kapsa, Amil Ağacanov və Rəşad Əzizov qapıçılarla işləyən məşqçi Emil Babayevin rəhbərliyi altında komandadan ayrı hazırlıqları davam etdirir.
 
Sabahdan etibərən Zaqatala təmsilçisinin düşərgəsinə baxış üçün dəvət olunmuş futbolçular qoşulacaq. Komanda iyulun 6-da Sloveniyada ilk yoldaşlıq görüşünə çıxacaq.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp