Bu gün UEFA Avropa Liqasında birinci təsnifat mərhələsinin ilk oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, Azərbaycanı bu turnirdə təmsil edən klublardan daha biri – "İnter" də ilk sınağına çıxıb.
 
Paytaxt klubu Moldova "Tiraspol"u ilə mübarizə aparır. Təmsilçimiz ilk oyunu səfərdə keçirib. Cütün taleyini Bakıdakı cavab matçında həll etmək üçün "bankirlər"ə səfər matçından sərfəli nəticə ilə qayıtmaq lazım idi. Kaxaber Sxadadzenin komandası bu istəyinə nail olub. Baxmayaraq ki, 3 cavabsız qol vurduqdan sonra arxayınlığa yol verən təmsilçimiz vətənə darmadağınla yox, minimal hesablı üstünlüklə dönməli olub. İstənilən halda, "bankirlər" doğma meydanda cütün taleyini həll edə bilərlər.
 
Qeyd edək ki, "İnter" "Tiraspol"la cavab matçına bir həftə sonra – iyulun 10-da Bakıda çıxacaq.
 
Avropa Liqası
Birinci təsnifat mərhələsi (ilk oyun)
3 iyul
 
Tiraspol – İnter – 2:3 (0:2)
Qollar: B.Sxadadze, 8-pen (0:1), E.Məmmədov, 10 (0:2), A.Novikov, 71-öz qapısına (0:3), A.Novikov, 78 (1:3), G.Karaneyçev, 88 (2:3).
Sarı vərəqə: L.Japaridze, 34, A.Amisulaşvili, 50, D.M.Kolli, 77, S.Georgiyevski, 80, G.Lomaya, 90+1, A.Novikov, 90+2.
Hakimlər: Ante Vuçemiloviç, Dalibor Konyar, Hrvoje Barişiç, Damir Batiniç (hamısı Xorvatiya).
Tiraspol. "Şerif" stadionu.
 
TİRASPOL: 25. Georgi Georgiyev, 3. Erik Barroso, 5. Andrey Novikov, 16. Laşa Japaridze, 77. Kirilo Sidorenko, 7. Yevgen Zariçnyuk, 8. Sergey Şapoval, 14. Vadim Rata (23.V.Bulat, 58), 27. Ademar (9. Georgi Ovseannikov, 81), 10. Oleq Molla, 11. Georgi Boqyu (15. Georgi Karaneyçev, 63).
Ehtiyat oyunçular: 12. Vladimir Livşit, 13. Boqdan Hauşi, 18. Marko Vidoviç, 26. Artyom Xaçaturov.
Baş məşqçi: Vlad Qoyak
İNTER: 1. Georgi Lomaya, 3. Laşa Salukvadze, 5. Aleksandr Amisulaşvili, 15. Yohan Bokonyano, 33. Matiya Şpiçiç, 6. Slavço Georgiyevski, 11. Asif Məmmədov (k) (9. Mirzağa Hüseynpur, 90+3), 21. Arif Daşdəmirov, 88. Derlis Meza Kolli, 10. Elvin Məmmədov (8. M.Alvaro, 72), 28. Baçana Sxadadze (27. Dieqo Madriqal, 82).
Ehtiyat oyunçular: 96. Elşən Poladov, 4. İvan Benites, 17. Məhəmməd Mirzəbəyov, 7. Abdulla Abatsiyev.
Baş məşqçi: Kaxaber Sxadadze.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp