Bu gün UEFA Avropa Liqasında birinci təsnifat mərhələsinin ilk oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, Azərbaycanı bu turnirdə təmsil edən klublardan biri – "Qəbələ" də ilk sınağına çıxıb.
 
Bölgə klubu Bosniya və Herseqovina "Şiroki Briyeq"i ilə mübarizə aparır. Təmsilçimiz ilk oyunu doğma meydanda keçirib. Cütün taleyini cavab matçına saxlamamaq üçün, Dorinel Muntyanunun komandası elə doğma meydandakı görüşdə sərfəli nəticə qazanmalıydı. Əks halda avrokuboklarda debüt edən təmsilçimizdən fərqli böyük təcrübəyə malik "Şiroki Briyeq" Bosniyada istədiyi nəticəni əldə edə bilərdi. Amma bu komanda elə Azərbaycandakı oyunda təmsilçimizi minimal hesabla məğlub etməklə növbəti mərhələyə vəsiqəni demək olar ki, təmin edib. Hər halda "Qəbələ"nin səfərdə cütün taleyini dəyişməsi az inandırıcı görünür.
 
Qeyd edək ki, "Qəbələ" "Şiroki Briyeq"lə cavab matçını bir həftə sonra – iyulun 10-da səfərdə keçirəcək.
 
Avropa Liqası
Birinci təsnifat mərhələsi (ilk oyun)
3 iyul
 
Qəbələ – Şiroki Briyeq – 0:2 (0:0)
Qollar: V.Laqo, 74 (0:1), V.Laqo, 89 (0:2).
Sarı vərəqə: N.Laştro, 62, A.Ropotan, 69.
Hakimlər: Artyom Kuçin, Yevgeni Belski, Rustam Suyunov, Denis İzmaylov (hamısı Qazaxıstan).
Qəbələ. Şəhər stadionu.
 
QƏBƏLƏ: 1. Kamran Ağayev (k), 4. Elvin Camalov (11. Andrey Kristya, 56), 6. Vladimir Levin, 8. Nizami Hacıyev, 9. Viktor Mendi, 10. Dodo, 15. Ruslan Abışov, 16. Ruslan Tağızadə, 25. Adrian Ropotan, 36. Elnur Allahverdiyev, 44. Rafael Santos.
Ehtiyat oyunçular: 30. Anar Nəzirov, 2. Kristian Pulhak, 3. Şirməhəmməd Məmmədov, 5. Sadiq Quliyev, 34. Ürfan Abbasov, 88. Müşviq Teymurov.
Baş məşqçi: Dorinel Muntyanu.
ŞİROKİ BRİYEQ: 12. Luka Bilobrk, 7. Dino Çoriç, 8. Mate Pehar, 9. Mirko Mariç, 11. Qoran Zakariç (18. Zvonimir Kojulj, 90+2), 14. Davor Landeka, 15. Vagner Laqo (k), 19. İvan Peko (10. Yure İvankoviç, 90), 21. Slavko Brekalo, 27. Neven Laştro, 33. Stipo Markoviç (6. Yosip Barişiç, 27).
Ehtiyat oyunçular: 1. Nikola Mariç, 4. Daniyel Kojul, 17. Vlado Zadro, 28. Filip Mihalyeviç.
Baş məşqçi: Slaven Musa.
Shares: