Növbəti mövsümə və Avropa Liqasına hazırlığı Avstriyada davam etdirən Azərbaycan Kubokunun qalibi "Neftçi" bu gün sözügedən ölkədə ilk sınaq matçına çıxıb. Futbolinfo.az xəbər verir ki, Böyükağa Hacıyevin rəqibi Ukrayna nəhəngi – Kiyev "Dinamo"su olub.
 
"Neftçi" oyuna aşağıdakı start heyətlə çıxıb: Saşa Stamenkoviç, Elvin Yunuszadə, Karlos Kardoso, Məqsəd İsayev, Bruno Bertuççi, Erik Ramos, Kaue, Araz Abdullayev, Flavinyo, Julius Vobay, Ernest Nfor.
 
Qarşılaşmaya gəlincə, ilk yarıda iki erkən qol buraxan "ağ-qaralar" sonradan buraxılan qolların əvəzini çıxa biliblər. Oyun sülhlə başa çatıb.
 
Yoxlama oyunu
3 iyul
 
Neftçi – Dinamo – 2:2 (1:2)
Qollar: Ribalka, 31 (0:1), Yarmolenko, 35 (0:2), A.Abdullayev, 40 (1:2), E.Nfor, 51 (2:2)
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp