Bu gün Avropa Liqasında birinci təsnifat mərhələsinin ilk oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, bu oyunlardan biri Azərbaycan Kubokunun qalibi "Neftçi"ni də yaxından maraqlandırırdı.
 
Məlum olduğu kimi, "ağ-qaralar" mübarizəyə birbaşa ikinci təsnifat mərhələsindən başlayacaq. Bakılıların rəqibi isə ilk təsnifat mərhələsində üz-üzə gələn Sloveniya "Koper"i ilə Monteneqro "Çelik"i arasındakı dueldə müəyyənləşəcək. Axı "ağ-qaralar" məhz bu cütün qalibi ilə üz-üzə gələcək.
 
Bu klublar arasındakı ilk oyun Monteneqroda keçirilib. Səfərdə oynamasına baxmayaraq, 5 cavabsız qol vuran "Koper" demək olar ki, növbəti mərhələyə vəsiqəni təmin edib. Cavab qarşılaşması isə iyulun 10-da Sloveniyada baş tutacaq.
 
Avropa Liqası
Birinci təsnifat mərhələsi (ilk oyun)
3 iyul
 
Çelik – Koper – 0:5
Qollar: Palçiç, 21 (0:1), Haliloviç, 37 (0:2), Çovilo, 50 (0:3), Çovilo, 86 (0:4), Quberaç, 87 (0:5).
Shares: