Sabiq braziliyalı futbolçu Mario Jardel futbol həyatına son qoyan narkotik asılılığından danışıb. Futbolinfo.az xəbər verir ki, forvard “Qalatasaray”da oynayarkən də narkotik qəbul etdiyini etiraf edib.
 
Jardel çox pis dairəyə düşdüyünü və eyni zamanda sevdiyi qadınla əlaqəsinin sona çatdığını bildirib: “Tək idim, yanımda ola və məni dinləyə biləcək heç kimi yox idi. Mən də xilasımı narkotiklərdə tapırdım. Tətillər zamanı çox qəbul edirdim. Komandanın doktorları və fizioterapevtlər durumu bilirdilər. Testlər məşqdən öncə keçirilirdi. Oyunların başlamasına 1 ay qalmış, bədənimi normal hala gətirmək üçün ara verirdim. İstanbulda olarkən, həftədə bir dəfə müalicə olunurdum”.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp