Maltanın “Valletta” klubunun futbolçusu Steve Borq Çempionlar Liqasının ikinci təsnifat mərhələsində “Qarabağ”a qarşı oynamayacaq. Futbolinfo.az yerli mətbuata istinadən xəbər verir ki, 26 yaşlı müdafiəçi Cənubi Afrika təmsilçisi “Platinum Stars”da baxışdadı.
 
Mənbədə qeyd olunur ki, maltalılarla maliyyə məsələsində razılığa gələ bilməyən futbolçu Afrika təmsilçisi ilə anlaşmaq üzrədi. Əgər “timsahlar” futbolçunu bəyənərsə, onunla rəsmi müqavilə imzalayacaq.
 
Qeyd edək ki, Malta millisinin də üzvü olan Borq 2009-cu ildən “Valletta”da çıxış edir.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp