“Mançester Yunayted” və Hollandiya yığmasının keçmiş hücumçusu Rud van Nistelroy “qırmızı şeytanlar”ın rəhbərliyinin Lui van Qalı baş məşqçi postuna gətirməsini bəyənib. Futbolinfo.az xəbər verir ki, Hollandiya millisində işləməyə hazırlaşan eks-futbolçu Van Qal haqda bunları deyib:
 
“Hamı bilir ki, burada boss kimdi. Boss – hər şeyi özü edəndi. Luinin assisentləri var, amma bütün məşq proseslərini özü idarə edir. Xarakterinə görə Ferqusona oxşayır və bu amil hal-hazırda “Mançester Yunayted”ə çox lazımdı. Lui çox yaxşı məşqçidi”.
Shares: