Tarixində ilk dəfə Avropa Liqasına vəsiqə qazanan "Qəbələ" bu gün saat 20:00-da "Şiroki Briyeq"i qarşılaşacaq. Futbolinfo.az xəbər verir ki, "qırmızı-qaralar"a dəstək üçün bir sıra tanınmış şəxslər Qəbələyə təşrif buyurub.
 
Saytımızın Qəbələyə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, Fövqəladə Hallar Naziri, Boks Federasiyasının prezidenti, "Qəbələ"nin prezidenti Taleh Heydərovun atası Kəmaləddin Heydərov da matçı izləyənlər arasında olacaq. Bundan başqa, AFFA prezidenti Rövnəq Abdullayev, PFL-in prezidenti Ramin MUsayev də matçı canlı izləyəcək.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp