2013/14 mövsümünün sonunda “Rəvan” klubundan ayrılan argentinalı hücumçu Xuan Manuel Vareanın futbolinfo.az saytına müsahibəsi
 
– “Rəvan”dan ayrıldıqdan sonra haraya getdiz, nə ilə məşğulsuz?
– Öz ölkəmə, Argentinaya getdim. Hazırda istirahət edirəm.
 
– Özünüzə yeni klub tapa bildinizmi?
– Xeyr, hələ ki, sərbəst futbolçuyam.
 
– Siz Azərbaycanda kifayət qədər tanınmış futbolçu idiz. Bizim klublardan da təklif almamısız?
– Xeyr, almadım.
 
– Azərbaycan klubları sizə təklif göndərsə, yenidən buraya qayıtmaq istəyərsiz?
– Əlbəttə ki. Təklif gəlsə, qəbul edərəm. Yenidən Azərbaycan Premyer Liqasına qayıtmaq mənim üçün xoş olar.
 
– “Rəvan” Azərbaycan Premyer Liqasındakı yerini qoruya bilmədi və 1-ci diviziona göndərildi. Sizcə, bu uğursuzluğun səbəbi nə idi?
– Bilirsiz, bu, futboldu. Hər şey baş verə bilir. Bizim klub da uğursuzluqla qarşılaşdı. Amma, mənim gözümdə “Rəvan” həmişə böyük və yaxşı klubdu.
 
– Deyirlər ki, “Rəvan”ı türkiyəli baş məşqçi Güvənc Kurtar uğursuzluğa düçar etdi…
– Mən baş məşqçi Güvənc Kurtar haqqında danışmaq istəmirəm. Mənim vəzifəm futbol oynamqdı. Hesab edirəm ki, “Rəvan”ın uğursuzluğunda hamımızın payı vardı, təkcə Güvənc Kurtarın deyil.
 
– Hazırda “Rəvan”la bağlı xatirələriniz necədi? Buraya gəldiyiniz üçün peşman deyilsiz ki?
– Xeyr, peşman deyiləm. Mən “Rəvan”da xoşbəxt idim. Orada ancaq futbol oynamadım, həm də yaxşı dostlar qazandım. “Rəvan” mənim xatirələrimdə həmişə yaxşı klub olaraq qalacaq.
ELMAR VƏLİYEV
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp