Ölkəmizi Avropa Liqasında təmsil edəcək "İnter" bu gün Moldovada "Tiraspol"un qonağı olacaq. Futbolinfo.az xəbər verir ki, artıq "bankirlər"in moldovanlara qarşı start heyəti bəllidi.
 
Təmsilçimizin baş məqşçisi Kaxaber Sxadadze "Tiraspol"la qarşı bu heyəti meydana buraxacaq: Georgi Lomaya, Arif Daşdəmirov, Aleksandr Amisulaşvili, Yohan Bokanyano, Matiya Şpiçiç, Slavço Georgiyevski, Derlis Meza Kolli, Asif Məmmədov (k), Elvin Məmmədov, Baçana Sxadadze, Laşa Salukvadze.
 
Qeyd edək ki, "Tiraspol" – "İnter" matçı Bakı vaxtı ilə 22:00-da başlayacaq.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp