DÇ-2014-də adını son 8 klub arasına yazdırmış Almaniya millisinin 7 futbolçusu xəstələnib. Futbolinfo.az xəbər verir ki, Fransa ilə oyun öncəsi oyunçular qrip virusuna yoluxub.
 
Komandanın baş məşqçisi Yoahim Lövün sözlərinə görə, onlar yüngül qrippə tutulublar və boğazları ağrıyır. Löv bildirib ki, buna səbəb kondisionerlər, şəhərdən-şəhərə gediş-gəlişin stressidi.
 
Adlar açıqlanmayan futbolçular arasında kapitan Flip Lamın da olduğu bildirilir.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp