Türkiyənin "Qalatasaray" klubu daha bir futbolçusu ilə müqaviləni yeniləyib. Futbolinfo.az xəbər verir ki, söhbət gənc stopper Semih Kayadan gedir.
 
Oyunçunun sözləşməsi 2016-ci ildən 2018-ci ilədək uzadılıb. Yeni müqaviləyə əsasən o, illik 1.5 milyon avro qazanacaq.
 
Xatırladaq ki, "Qalatasaray" bundan əvvəl Burak Yılmaz, Səlçuk İnan və Fernando Muslera ilə müqavilə müddətini uzatmışdı.
Shares: