Yeni mövsümə hazırlıqlarını Gürcüstanın Ureki şəhərində davam etdirən “Neftçi”nin əvəzedici heyəti təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama oyununu keçirib. Futbolinfo.az xəbər verir ki, "ağ-qaralar" Gürcüstan çempionatının birinci liqa təmsilçisi “Mertsxali” (Ozurqeti) klubu ilə qarşılaşıb.
 
Görüş əvəzedicilərin 1:3 hesablı məğlubiyyəti ilə nəticələnib. “Neftçi”nin yeganə qolunu Elvin Nəsibov vurub.
 
İyulun 10-dək təlim-məşq toplanışında olacaq "Neftçi" növbəti yoxlama oyununu ayın 9-da keçirəcək. Rəqib haqda məlumat veriləcək. (klub saytı)
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp