Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində "Qəbələ" ilə Bosniya və Herseqovina "Şiroki Briyeq"i arasında keçiriləcək ilk oyunun başlamasına dəqiqələr qalıb. Futbolinfo.az xəbər verir ki, artıq azarkeşlər stadionun tribunalarını doldurmaq üzrədilər.
Bu matç öncəsində xoşagəlməz hadisə yaşanıb. Qəbələyə ezam olunmuş əməkdaşımızın verdiyi məlumata görə, oyunu izləmək üçün stadiona daxil olmağa çalışan sərxoş azarkeş polislərlə söz davasına çıxıb. Ancaq yaşlı azarkeşin söyüşlü davranışına baxmayaraq polis əməkdaşı hansısa xoşagəlməz hadisənin baş verməməsi üçün həmin azarkeşi stadiondan kənarlaşdıra biliblər.
Shares: