"Qəbələ"nin müdafiəçisi Ruslan Abışov Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Bosniya "Şiroki Briyeq"inə uduzduqları (0:2) oyunu şərh edib. Futbolinfo.az saytına açıqlamasında o, bunları söyləyib:
"Cavab oyununu gözləyəcəyik. Çətin də olsa, nəticə qazanmağa çalışacağıq. Son 6 ayda 90 dəqiqə oynamamışdım. Bu da öz mənfi təsirini göstərdi. Ancaq zaman keçdikcə daha yaxşı olacam. Bacardığım qədər komandama kömək etməyə çalışacam. Dünya futbolunda olduğu kimi nəticəni öz xeyirimizə dəyişə bilərik. Biz ora gəzməyə getməyəcəyik. İkinci hissədə rəqib bizdən güclü idi. Bu da bizim ehtiyyat qüvvəmizin olmamasından irəli gəlirdi. Futbolçularımızın yorulduğu hiss olunurdu. Vaxt azlığından hazırlığımız yüksək səviyyədə olmamışdı".