"Qəbələ"nin müdafiəçisi Elnur Allahverdiyev Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Bosniya "Şiroki Briyeq"inə uduzduqları (0:2) oyunu şərh edib. Futbolinfo.az saytına açıqlamasında o, bunları söyləyib:
 
"Fikrimcə, pis oynamadıq. Komandamız az vaxta yığışmışdı. Uduzmalı oyun deyildi. Səhvlərimizdən qollar buraxdıq. Komandanın güclənməsi lazımdı. Aparıcı futbolçuların komandadan ayrılması öz sözünü dedi. Çünki oturmuş heyətimiz var idi. Ancaq həyat bununla bitmir. Qarşıda cavab oyunu var".
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp