Ötən gecə UEFA Avropa Liqasında birinci təsnifat mərhələsinin ilk oyunları keçirildi. Futbolinfo.az xəbər verir ki, birinci təsnifat mərhələsində 33 ölkədən olan 78 komanda rəqibləri ilə münasibətlərinə aydınlıq gətirdi.
Onların arasında Azərbaycan təmsilçiləri də vardı. Belə ki, "İnter" ilk görüşdə Moldova "Tiraspol"unun qonağı oldu və qələbə qazandı. "Qəbələ" isə avrokuboklardakı debüt oyununda doğma meydanda "Şiroki Briyeq" (Bosniya və Herseqovina) klubuna 2 cavabsız qolla uduzdu.
Mübarizəyə ikinci təsnifat mərhələsindən başlayacaq "Neftçi"nin potensial rəqiblərinin görüşündə 5 qol vuruldu. Sloveniya "Koper"i Monteneqronun "Çelik" klubunu səfərdə darmadağın edərək, demək olar ki, Azərbaycan Kubokunun qalibinə rəqib olacağına şübhə yeri qoymadı.
 
Avroliqanın birinci təsnifat mərhələsinin ilk oyunlarındakı bütün nəticələri təqdim edirik:

Avropa Liqası

Birinci təsnifat mərhələsi (ilk oyunlar)
 
1 iyul
Jeness (Lüksemburq) – Dandalk (İrlandiya) – 0:2
Slima Uonderers (Malta) – Ferençvaroş (Macarıstan) – 1:1
Şkendiya (Makedoniya) – Zimbru (Moldova) – 2:1
 
3 iyul
Sioni (Gürcüstan) – Flamurtari (Albaniya) – 2:3
Turnovo (Makedoniya) – Çixura (Gürcüstan) – 0:1
Veris (Moldova) – Liteks (Bolqarıstan) – 0:0
Pünik (Ermənistan) – Astana (Qazaxıstan) – 1:4
Rusenborq (Norveç) – Yelqava (Latviya) – 4:0
Göteborq (İsveç) – Fola (Lüksemburq) – 0:0
Rudar (Sloveniya) – Laçi (Albaniya) – 1:1
Derri Siti (İrlandiya) – Aberistuit Taun (Uels) – 4:0
MÜPA (Finlandiya) – Fuqlarfyordur (Farer adaları) – 1:0
Banqa (Litva) – Slayqo Rovers (İrlandiya) – 0:0
Santos Tartu (Estoniya) – Tromse (Norveç) – 0:7
Qəbələ (Azərbaycan) – Şiroki Briyeq (Bosniya) – 0:2
Çelik (Çernoqoriya) – Koper (Sloveniya) – 0:5
Sillamae Kalev (Estoniya) – Honka (Finlandiya) – 2:1
UE Santa  Koloma (Andorra) – Metallurq (Makedoniya) – 0:3
VPS (Finlandiya) – Brommapoykarna (İsveç) – 2:1
Botev (Bolqarıstan) – Libertas (San Marino) – 4:0
Vaduts (Lixtenşteyn) – Kollec Avropa (Cəbəllütariq) – 3:0
Tiraspol (Moldova) – İnter (Azərbaycan) – 2:3
Differdanj (Lüksemburq) – Atlantas (Litva) – 1:0
Eyrbus (Uels) – Hauqesun (Norveç) – 1:1
Torşavn (Farer adaları) – Linfild (Şimali İrlandiya) – 1:2
Çukariçki (Serbiya) – Sent-Culiya (Andorra) – 4:0
Hibernians (Malta) – Spartak (Slovakiya) – 2:4
Split (Xorvatiya) – Mika (Ermənistan) – 2:0
Kayrat (Qazaxıstan) – Kukesi (Albaniya) – 1:0
Vikinqur (Farer adaları) – Dauqava (Dauqavpils, Latviya) – 2:1
Dyosqyor (Macarıstan) – Birkirkara (Malta) – 2:1
Folqore (San Marino) – Buduçnost (Çernoqoriya) – 1:2
Aberdin (Şotlandiya) – Dauqava (Riqa, Latviya) – 5:0
Kruzeyders (Şimali İrlandiya) – Ekranas (Litva) – 3:1
Qlenavon (Şimali İrlandiya) – Hafnarfyordur (İslandiya) – 3:0
Fram (İslandiya) – Nomme Kalyu (Estoniya) – 0:1
Styarnan (İslandiya) – Banqor Siti (Uels) – 4:0
Şirak (Ermənistan) – Şaxtyor (Qazaxıstan) – 1:2
Jelezniçar (Bosniya) – Lovçen (Çernoqoriya) – 0:0
 
Qeyd edək ki, birinci təsnifat mərhələsinin cavab oyunları iyulun 10-da baş tutacaq.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp