“Çelsi”nin hücumçusu Romelu Lukaku çox güman ki, yeni mövsümdən Madrid “Atletiko”sunda çıxış edəcək. Futbolinfo.az xəbər verir ki, London klubu 21 yaşlı forvardı bir illik icarəyə verməyə razılaşıb.
 
İspanların Dieqo Kostanı qarşı tərəfə göndərməsi ilə komandalar arasında sıx münasibət yaranıb və beləcə Lukakunun keçidində heç bir çətinlik yaşanmayıb.
 
Lakin “zolaqlılar” təkcə Lukaku ilə kifayətlənmək istəmirlər. Növbəti hədəfin “Mançester Siti”nin hücumçusu Alvaro Neqredonun olduğu bildirilir.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp