Madrid "Real"ı Kərim Benzemayla müqavilə müddətini uzatmağa hazırdı. Futbolinfo.az xəbər verir ki, fransız forvard gələcəyini məşqçilər heyəti ilə müzakirə etdikdən sonra tərəflər arasında razılıq əldə olunub.
Benzemanın DÇ-2014-də iştirak etməsi səbəbindən müqavilənin imzalanması prosesi mundialdan sonraya təxirə salınıb.
Daha öncə AS qəzeti hücumçunun "Real"la ancaq onun illik məvacibi iki qat artırılarsa, müqavilə müddətini uzatmağa razı olacağı haqqında xəbər yaymışdı.
Benzemanın hazırkı müqaviləsi 2015-ci ilə kimi nəzərdə tutulub.