"Artıq "Neftçi"də 5-ci mövsümümü keçirirəm”. Futboinfo.az xəbər verir ki, bu sözləri “Neftçi”nin braziliyalı futbolçusu Flaviniyo Kiyev “Dinamo”su ilə yoxlama oyunundan (2:2) sonra Ukrayna klubunun rəsmi saytına açıqlamasında deyib.
 
31 yaşlı yarımmüdafiəçi Bakı təmsilçisində kapitan olmasından danışıb: “Bu klubda indiyə kimi azərbaycanlı futbolçular kapitan olub. Bu sarğını ilk dəfə bir əcnəbiyə – mənə etibar etdilər. Hərçənd ki, mən özümü əcnəbi hesab etmirəm. Mən Azərbaycan vətəndaşıyam. Bu kapitanlıq sarğısı mənim üçün böyük şərəf və məsuliyyətdi”.
 
O, Avropa Liqasında tarix yazmaq istədiyini bildirib: “Neftçi”nin kapitanı kimi Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmaq və komanda yoldaşlarımla tarix yazmaq istəyirəm”.
Shares: