Kiyev “Dinamo”sunun baş məşqçisi Sergey Rebrov ötən gün Azərbaycan Kubokunun qalibi “Neftçi”yə qarşı keçirdikləri yoxlama matçından danışıb. Futbolinfo.az xəbər verir ki, klub saytına danışan təcrübəli mütəxəsiss 2:2 hesablı heç-heçəni belə dəyərləndirib:
“Neftçi” Avropa Liqasının təsnifat mərhələsinə hazırlaşır. Onlar ayın 17-də ilk oyun ilk oyunlarına çıxacaqlar, ona görə də, əsas heyətlə oynadılar. Bizim isə başqa hədəflərimiz var idi. Fikirimcə, oyunçularım bunun öhdəsindən gəldilər. Düzdü, müdafiədə səhvlər var idi. Amma biz yoxlama oyunlarımızı səhvləri düzəltmək üçün keçiririk”.