İngiltərənin “Liverpul" klubu növbəti transferini rəsmiləşdirib. Futbolinfo.az xəbər verir ki, mersisasydlar "Bayer"inin türk əsilli futbolçusu Əmrə Canı heyətinə qatıb.
Tərəflər bu barədə əvvəlcədən razılığa gəlsə də, Əmrə məhz dünən İngiltərəyə yollanaraq, müqaviləyə imza atıb. 20 yaşlı futbolçu transferini belə şərh edib: "Bu ailənin bir parçası olduğum üçün çox xoşbəxtəm. Yeni komandama xeyir vermək üçün əlimdən gələni edəcəm".
Qeyd edək ki, bu yay dövründə “Liverpul"un Riki Lambert və Adam Lallanadan sonra 3-cü transferidi.