Moldovanın "Tiraspol" klubunun hücumçusu Georgi Ovsyannikov Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində "İnter"ə qarşı keçirdikləri ilk oyundan sonra fikirlərini açıqlayıb. Futbolinfo.az xəbər verir ki, o, komandasının 2:3 hesablı məğlubiyyətini belə şərh edib:
 
"Elə alındı ki, biz erkən qol vura bilmədik. Əvəzində rəqib iki əks-hücum zamanı erkən qollar vurdu. Bütövlükdə, "İnter"in qol epizodları çox olmadı. Amma buna rəğmən üç qol vura bildilər. Məncə, matçı heç-heçə başa vura bilərdik. Bir qədər artıq vaxtımız olsaydı, buna nail olacaqdıq. Penalti oyunun dönüş nöqtəsi oldu. O olmasaydı, oyun tamamilə fərqli keçəcəkdi. Səfərdə minimum iki qol vurmalıyıq. Növbəti mərhələyə adlamaq üçün buna məcburuq. Belə bir oyunda uduzmaq çox üzücüdü. Özü də sənin qol vəziyyətlərin rəqibinkindən daha çox olarkən".
Shares: