Son mövsümü 8-ci pillədə başa vuran AZAL Tərlan Əhmədovun rəhbərliyi ilə yeni mövsümə hazırlığı davam etdirir. Futbolinfo.az xəbər verir ki, artıq "təyyarəçilər"in düşərgəsinə yeni futbolçular cəlb olunmaqdadı.
 
Əldə etdiyimiz məlumata görə, Əhmədov yarımmüdafiənin cinahında olan problemi Mateuş Staporski ilə doldurmaq niyyətindədi. Yarımmüdafiənin sağ və sol cinahlarında oynaya bilən polşalı futbolçunun 26 yaşı var. Polşalı bu gün komandanın növbəti məşqində iştirak edəcək. Futbolçu Tərlan Əhmədova özünü yaxşı tərəfdən göstərə bilsə, onunla müqavilə imzalanacaq.
 
Qeyd edək ki, Mateuş Stąporskidən başqa bosniyalı müdafiəçi Samir Merziç də AZAL-da baxışdadı.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp