Komandası ilə Türkiyənin Ərzurum şəhərində təlim-məşq toplanışında olan “Xəzər Lənkəran”ın baş məşqçisi Oğuz Çətin arzuolunmaz hadisə ilə üzləşib. Futbolinfo.az qardaş ölkə mətbuatına istinadən xəbər verir ki, türkiyəli mütəxəsissin dünən axşam keçirilən məşq zamanı halı pisləşib.
 
Çətin Dərhal həmin şəhərdəki “Özəl Şəfa Xəstəxanası”na aparılıb. İnfarkt keçirdiyi iddia olunan məşqçi reanimasiya şöbəsinə yerləşdirilib.
 
Çənub təmsilçisinin futbolçuları və məşqçiləri də Çətinin qaldığı xəstəxanaya baş çəkiblər.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp