Ərzurumdakı təlim-məşq toplanışı zamanı halı pisləşən və xəstəxanaya aparılan “Xəzər Lənkəran”ın baş məşqçisi Oğuz Çətinin vəziyyəti yaxşıdı. Bu barədə futbolinfo.az saytına klubun mətbuat katibi Hüseyn Cəbrayıloğlu məluat verib.
 
Onun sözlərinə görə, türkiyəli mütəxəsiss bu gün xəstəxanadan buraxılacaq: “Hazırda Oğuz Çətinin vəziyyəti yaxşıdı. Bu gün günorta onu xəstəxanadan çıxaracağıq və axşam komanda ilə birgə olacaq. Baş məşqçimizin səhəttində elə də ciddi bir problem yoxdu. Onun halının pisləşməsi mədə soyuqdəyməsi ilə bağlıdı. Dünən axşam məşqçimizin ağrıları başlayanda komandanın həkimləri müdaxilə etdi. Amma ağrılar dayanmadığı üçün onu xəstəxanaya apardıq. O, infarkt keçirməyib”.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp