“Monako"nun vitse-prezidenti Vadim Vasilyev adı Avropa nəhənglərinin transfer siyahısında olan Radamel Falkao və Xames Rodriqes barəsində yayılan xəbərlərə son qoyub. Futbolinfo.az xəbər verir ki, Fransa klubunun rəsmisi təşkil etdiyi mətbuat konfransında o, əvvəlcə Falkao haqda danışıb:
 
"Falkao ilə bağlı heç bir klubla danışığımız olmayıb. Biz ona inanırıq və qarşıda möhtəşəm bir mövsüm keçirəcəyinə inanırıq".
 
Ötən mövsüm "Portu"dan alınan və DÇ-2014-də ulduzu parlayan Rodriqes haqda da danışan Vasilyev bunları dilə gətirib: "Hər kəs ona görə 50 milyon avro ödədiyimiz üçün təəccüblənmişdi. Amma indi necə düzgün addım atdığımızı hamı görür. Rodriqesin "Monako" ilə 4 illik müqaviləsi var. Birlikdə böyük uğurlara imza atacağımıza inanırıq".
Artıq bir müddət idi ki, Falakonun adı "Real"la, Rodriqesin adı isə həm "Real", həm də "Barselona" ilə hallanırdı.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp