“Barselona” və “Liverpul” arasında Luis Suaresin transferiylə bağlı danışıqların növbəti mərhələsi keçirilib. Futbolinfo.az xəbər verir ki, tərəflər keçidin bütün detallarını həll ediblər.
 
Bunu İspaniya mətbuatı iddia edib. Kataloniya klubu Suaresin transferi üçün qarşı tərəfə 90 milyon avro ödəyəcək. "Barsa" rəhbərliyi ulduz forvardın keçidinə görə daha öncə nəzərdə tutulduğu kimi Aleksis Sançesdən istifadə etməyəcək.
 
Uruqvaylı forvardın FİFA tərəfindən 4 aylığa cəzalanması da “Barsa” rəhbərliyini qorxutmayıb.
 
Suares İngiltərə çempionatının ötən mövsümündə 33 oyuna 31 qol vurub və 12 məhsuldar ötürməylə yadda qalıb.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp