Təlim-məşq toplanışını Avtsriyada davam etdirən Azərbaycan çempionu "Qarabağ" bu gün növbəti yoxlama matçına çıxın. Futbolinfo.az xəbər verir ki, Ağdam klubunun rəqibi Çexiyanın "Viktoriya" (Plzen) komandası olub.
 
Görüş ağdamlıların inamlı qələbəsiylə başa çatıb.
 
Qeyd edək ki, Qurban Qurbanov yetirmələrini bu matça qədər 3 yoxlama görüşündə sınamışdı. Ukrayna "Şaktyor"u (Donetsk) ilə qarşılaşmada 0:2 hesabı ilə uduzan "Qarabağ" daha sonra Rusiya "Krasnodar"ına 0:1 hesabıyla məğlub olmuşdu. 3-cü yoxlama matçında isə "atlılar" Almaniyanın aşağı divizion təmsilçisi "Vakker Burqhauzen"i 2 cavabsız qolla üstələmişdi.
 
Yoxlama oyunu
4 iyul
 
Qarabağ – Viktoriya – 3:1 (2:0)
 
Oyun başladı
1. Reynaldo təkbətək epizodda topu qapıdan keçirə bilmədi
3. Reynaldo Diasın ötürməsindən sonra hesabı açdı – 1:0
13. Bu dəqiqələrdə topa nəzarət daha cox rəqibdə olsa da, komandamızın əks-hücumları daha təhlükəli olur
22. Reynaldonun 2 oyunçunu keçərək vurduğu zərbəni qapıçı çətinliklə tuta bildi
27. Reynaldo 2 futbolçunu keçərək Diasa ötürmə etdi. O isə topu qapı önündəki Leroya. Sonuncu tək toxunuşla topu tora gonderdi – 2:0
36. Komandamızda epizodlar biri digərini əvəzləyir
45. İlk hissə başa çatdı
46. İkinci hissə başladı
46. Namiq Yusifovun əvəzinə meydana Qara Qarayev cıxdı
49. Komandalar meydanın mərkəzi uğrunda mubarizə aparırlar
64. Leroy Corc və Bədavi Hüseynovun əvəzində meydana Tərlan Quliyevlə Vüqar Nadirov çıxır
65. Şehiç cərimə zərbəsini mükəmməl tullanışla dəf etdi
66. Komandamızın cavabı özünü gözlətmədi. Çumbinyonun zərbəsinə qapıçı toxuna bildi
69. Çumbinyonu Muarrem əvəzlədi
70. Rəqib hesab arasindakı fərqi azaltdı – 2:1
71. Muarrem hesab arasındakı fərqi yenidən artırdı – 3:1
76. Maksim Medvedevi İlgar Qurbanov əvəzlədi
81. Reynaldo ve Riçard Almeydanı Hacı Əhmədovla Tural Rzayev əvəzlədi
86. Diası Tural İsgəndərov əvəzlədi
Oyun başa çatdı
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp