Ölkəmizi Çempionlar Liqasında təmsil edən Azərbaycan çempionu "Qarabağ" ikinci təsnifat mərhələsində Maltanın "Valetta" klubu ilə qarşılaşacaq. Futbolinfo.az xəbər verir ki, Maltada keçiriləcək ilk iyulun 15-də baş tutacaq və 21:30-da start götürəcək.
 
Artıq bu cütlüyün cavab qarşılaşmasının da vaxtı bəllidi. Belə ki, komandalar Maltadakı görüşdən 1 həftə sonra, yəni iyulun 22-də üz-üzə gələcəklər. Tofiq Bəhramov adına respublika stadionunda baş tutacaq qarşılaşma Bakı vaxtı ilə 21:30-da start götürəcək.
 
Qeyd edək ki, iyulun 23-ü "Qarabağ"ın təmsil etdiyi Ağdam şəhərinin işğal günüdü.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp