Növbəti mövsümə və Avropa Liqasına hazırlığı Avstriyada davam etdirən Azərbaycan Kubokunun qalibi "Neftçi" bu gün sözügedən ölkədə növbəti sınaq matçına çıxıb. Futbolinfo.az xəbər verir ki, Böyükağa Hacıyev yetirmələrini bu dəfə Rumıniyanın "Botoşani" klubu ilə oyunda sınayıb.
 
Paytaxt təmsilçisi bu görüşdə böyük hesabla məğlub olub.
 
Qeyd edək ki, "Neftçi" Avstriyada ilk sınaq matçını ötən gün keçirmişdi. "Ağ-qaralar" Ukraynanın "Dinamo" (Kiyev) klubu ilə heç-heçəyə razılaşmışdı – 2:2. Türkiyə toplanışı zamanı isə "Neftçi" Gürcüstan "Çixura"sı ilə iki oyun keçirmiş (2:3, 1:1) və Səudiyyə Ərəbistanının "Əl Kadisiya" klubu ilə qarşılaşmışdı (3:1).
 
Yoxlama oyunu
4 iyul
 
Neftçi – Botoşani – 0:3 (0:1)
 
"Neftçi" meydana aşağıdakı start heyəti ilə çıxıb: Emil Balayev, Elvin Yunuszadə, Elvin Bədəlov, Emin Mehtiyev, Məqsəd İsayev, Erik Ramos, Mirhüseyn Seyidov, Cavid İmamverdiyev, Samir Məsimov, Elşən Abdullayev, Ruslan Qurbanov.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp