İngiltərə təmsilçisi "Şeffild Uensdey"in futbolçusu Atde Nuhiu Azərbaycanlı iş adamı Hafiz Məmmədovla bağlı açıqlama verib. Futbolinfo.az xəbər verir ki, yerli mətbuata danışan forvard Məmmədovun klublarını almasını müsbət dəyərləndirib.
 
O, azərbaycanlı iş adamının kluba uğur gətirəcəyini deyib: “Lans” böyük klubdu və Məmmədovun gəlişindən sonra onlar yüksək liqaya vəsiqə qazandılar. Hesab edirəm ki, Məmmədovun gəlişi bizim klub üçün də uğurlu olacaq”.
 
Qeyd edək ki, Fransa “Lans”ının sahibi olan Məmmədov ötən ay "Şeffild Uensdey"i klubunu da satın alıb.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp