DÇ-2014-də 1/4 final mərhələsi start götürüb. Futbolinfo.az xəbər verir ki, ötən gecə baş tutan iki oyunla ilk yarımfinalçıların adlarına aydınlıq gəlib.
 
Matçlardan öncə ən azı bir Amerika və bir Avropa təmsilçisinin yarımfinala vəsiqə qazanacağı dəqiq idi. Belə ki, hər iki oyunda eyni qitənin təmsilçiləri üz-üzə gəlib.
 
Əvvəlcə Fransa və Almaniya milliləri qarşılaşıblar. Oyun almanların minimal hesablı qələbəsi ilə bitib.
 
Ev sahibi Braziliya isə Kolumbiyanı sınağa çəkib. Mundialın sürpriz komandalarından olan Kolumbiya pentakampeonlarla bacarmayıb və DÇ ilə vidalaşıb.
 
Qeyd edək ki, Braziliya – Kolumbiya oyunu ispaniyalı hakim Karlos Velasko Karbalyonun başçılıq etdiyi hakimlər briqadasına tapşırılmışdı. Fransa – Almaniya matçını isə argentinalı Nestor Pitananın başçılıq etdiyi hakimlər briqadası idarə edib.
 
DÇ-2014
1/4 final
4 iyul
 
Fransa – Almaniya – 0:1
Qol: Hummels, 13.
 
Braziliya – Kolumbiya – 2:1
Qollar: T.Silva, 7, D.Luis, 69 – X.Rodriqes, 80-pen.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp