“Hamburq”un türk futbolçusu Hakan Çalhanoğlu gözlənildiyi kimi klubdan ayrılıb. Futbolinfo.az xəbər verir ki, o, 14 milyon avro qarşılığında  “Bayer”ə transfer edilib. 
 
Son mövsümdə 32 oyuna 11 qol vuran və Türkiyə millisinə qədər yüksələn Hakan Leverkuzen klubuyla 5 illik müqavilə imzalayıb. O, “Bayer”i seçməsində əsas səbəb kimi komandanın Çempionlar Liqasında oynamasını göstərib.
 
Yaxın günlərdə onun yeni iş yerinə gələrək tibbi müayinədən keçəcəyi və müqaviləyə imza atacağı gözlənilir.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp