“Monako” “Barselona"dan ayrılan qapıçı Viktor Valdeslə anlaşa bilmədiyini rəsmən açıqlayıb. Futbolinfo.az xəbər verir ki, qolkiper knyazlıq klubunda tibbi müayinədən keçə bilməyib.
 
Nəticədə “Monako” rəsmi twitter səhifəsində Valdeslə danışıqlara son qoyduqlarını açıqlayıb.
 
Qeyd edək ki, martda dizindən ağır zədə alan ispaniyalı qolkiper mövsümün qalan hissəsini buraxmalı olmuşdu. "Monako"nun vitse-prezidenti Vadim Vasilyev də Valdesin hələ də zədəli olduğuna görə keçidin baş tutmadığını açıqlayıb.
 
Beləliklə, 32 yaşlı qapıçı azad agent kimi qalmaqda davam edir. "Barselona" isə artıq onun yerini Mark-Andre ter Ştegen və Klaudio Bravo ilə doldurub.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp