Ərzurumdakı təlim-məşq toplanışı zamanı halı pisləşən və xəstəxanaya aparılan “Xəzər Lənkəran”ın baş məşqçisi Oğuz Çətin hazırkı durumu ilə bağlı açıqlama verib. Futbolinfo.az xəbər verir ki, Türkiyə mətbuatına danışan mütəxəssis yediyi yeməklə bağlı problem yaşadığını deyib:
 
“Dünən yediyimiz yeməyə görə bir az problem yaşadıq və xəstəxanaya aparıldıq. Xəstəxanada ətraflı tibbi müayinədən keçdik. Hazırda vəziyyətim yaxşıdı. Məşqçilər korpusundan daha 3-4 nəfər də xəstələnmişdi, amma daha çox mənim adım gündəmə gəldi. Hazırda heç bir problemimiz yoxdu və hər şey qaydasındadı”.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp