Maliyyə problemlərini həll edə bilməyən "Bakı"da vəziyyət olduğu kimi qalır. Futbolinfo.az xəbər verir ki, bu durum komandadan pullarını ala bilməyən futbolçuların "zolaqlılar"ın düşərgəsini tərk etməsi ilə nəticələnməkdədi.
 
Klubun icracı direktoru Yaşar Seyidov saytımıza açıqlamasında klubun prezidenti Hafiz Məmmədovun 1 həftə ərzində məsələni həll edəcəyini bildirsə də, bu, heç də inandırıcı görünmür. Artıq futbolçuların yalan vədlər eşitməkdən qulaqları tutulub. Komandanın aparıcı üzvlərindən olan Rauf Əliyevlə Əfran İsmayılovun klub prezidentinin 1 həftəyə vəziyyəti düzəldəcəyə inanmır. Yaşar Seyidovun sözlərinə görə, sözügedən futbolçuların taleyinə 1 həftəyə yox, 3 günə aydınlıq gələcək. Belə ki, 3 günə vəziyyət düzəlməsə, futbolçular komandadan ayrılaraq azad agent statusu daşıyacaq.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp