Futbol üzrə Azərbaycan millisinin və Türkiyənin “Qaziantep BB” klubunun futbolçusu Vaqif Cavadov sabiq komandası “İnter”in “Tiraspol”la (Moldova) oyununu dəyərləndirib. Futbolinfo.az saytına açıqlama verən təcrübəli hücumçu Bakı təmsilçisinin Avropa Liqasının birinci təsnifat mərhələsindəki ilk oyununda uğurlu nəticə qazandığını deyib:
 
“İnter”i qələbəyə görə təbrik edirəm. 3:2 hesabı ilə qalib gəldilər. Qarşıda cavab oyunu da var, amma, artıq demək olar ki, “İnter” 95 faiz bu mərhələni adlayıb. Yaxşı nəticə qazandılar. Onlara uğurlar arzulayıram. Televiziyada göstərilmədiyinə görə oyuna baxa bilmədim. Amma “Qəbələ”nin oyununa baxdım”.
 
Qeyd edək ki, 2013/14 mövsümünün sonunda “İnter”dən ayrılan Cavadov Türkiyə PTT 1-ci Liqasında çıxış edən “Qaziantep BB” klubu ilə anlaşıb.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp