Kosta-Rika yığmasının DÇ-2014-də yarımfinala yüksələcəyi təqdirdə qazanacağı mükafatın məbləği müəyyənləşib. Futbolinfo.az xəbər verir ki, Kosta-Rika 1/4 finalda Hollandiya səddini keçərsə, 6 milyon dollar mükafat alacaq.
 
Komanda 1/4 finala qədər artıq 14 milyon dollar qazanıb. Mundialın final mərhələsində iştirakına görə 9 milyon dollar, qrup mərhələsini adladığı üçün 1 milyon dollar, 1/4 finala yüksəldiyi üçün 4 milyon dollar qazanan Kosta-Rika yığması yarımfinala çıxacağı təqdirdə daha 6 milyon dollar məbləğində mükafatlandırılacaq.
 
Qeyd edək ki, Hollandiya – Kosta-Rika oyunu sabah keçiriləcək.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp