DÇ-2014-ün oyunlarının keçirildiyi Braziliyanın Belo Horizonte şəhərindəki körpü çöküb. Futbolinfo.az xəbər verir ki, hadisə dünən baş verib.
 
Körpünü altından qalan bir avtobus və bir maşında olan insanlardan ikisi dünyasını dəyişib, 19 nəfər isə yaralanıb. Yaralı şəxslərdən bəzilərinin vəziyyəti ağır olduğu üçün ölənlərin sayının artacağı gözlənilir.
 
Hadisənin DÇ-2014 oyunlarının gediş – gəlişi üçün problem yaratmayacağı gözlənilir. Çünki həmin ərazidə alternative yol var.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp