“Barselona"nın keçmiş kapitanı və hazırkı rəsmisi Karles Puyol komandaya transfer olunması gözlənilən "Liverpul"un hücumçusu Luis Suares haqda danışıb. Futbolinfo.az xəbər verir ki, Puyol "El Mundo Deportivo"ya açıqlamasında Suaresin möhtəşəm oyunçu olduğunu bildirib:
 
"Suares möhtəşəm futbolçudu, ancaq o meydanda hərəkətlərinə diqqət yetirməlidi. Daha öncə ona qarşı oynamışam. "Barselona"ya indiyə kimi bir sıra ulduz futbolçular gəlib. Futbolçu meydançada özünü ələ almağı bacarmalıdı. Onlara minlərlə insan baxır, uşaqlar isə futbolçuları təqlid etmək istəyirlər".
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp