“Neftçi” klubunun futbolçusu Flavinyo Kiyev “Dinamo”suna qarşı keçirdikləri yoxlama oyunu ilə bağlı açıqlama verib. Futbolinfo.az xəbər verir ki, klubun rəsmi saytına danışan braziliyalı yarımmüdafiəçi 2:2 hesablı nəticəni uğurlu hesab etdiyini deyib:
 
“Bu, bizim Avstriyada ilk oyunumuz idi. Boludakı hazırlıqdan sonra yorğunluq fonunda “Dinamo” kimi rəqibə qarşı oynamaq heç də asan deyil. “Dinamo”nun əsas heyətlə oynadığını nəzərə alsaq, nəticəni uğurlu hesab etmək olar. Amma bizim üçün önəmli olan nəticə deyil, komandamızın oyunudu. Belə güclü rəqiblərlə oynamaq bizim üçün çox xeyirlidi. Oyundan razı qaldım. Bununla belə, daha da hazır vəziyyətdə olmaq üçün kifayət qədər vaxtımız var. Avrokuboklara yaxşı əhval-ruhiyyədə və yüksək səviyyədə hazırlaşırıq. Hələ qarşıda bir neçə hazırlıq oyunumuz da var. Azarkeşlərimiz bilsinlər ki, Avroliqada onları sevindirmək üçün əlimizdən gələni edəcəyik”.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp