Son ölkə kubokunun qalibi "Nfetçi" Avropa Liqasında mübarizəyə birbaşa ikinci təsnifat mərhələsindən başlayacaq. Futbolinfo.az xəbər verir ki, bakılıların rəqibi isə ilk təsnifat mərhələsində üz-üzə gələn Sloveniya "Koper"i ilə Monteneqro "Çelik"i arasındakı dueldə müəyyənləşəcək.
 
Artıq dünən bu komandalar arasında ilk görüş baş tutub. Səfərdə "Çelik"i 5:0 hesabı ilə darmadağın edən Monteneqro təmsilçisi cavab matçı üçün rəqibinə ümid yeri qoymayıb.
 
Bu iki komanda arasında bir həftə sonrakı oyunda möcüzə baş verməsə, iyulun 17-də "Neftçi" "Koper"lə qarşılaşacaq. "Ağ-qaralar"ın potensial rəqiblərinin ilk oyunundan hazırlanmış videoreportajı təqdim edir.

 

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp